Pərəstişkarları üçün 3 qayda qoydu

Pərəstişkarları üçün 3 qayda qoydu

Hazırda oxunan: Pərəstişkarları üçün 3 qayda qoydu
588307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur “Evdə tək” (“Home Alone”) filminin ulduzu Makoley Kalkin pərəstişkarlarının üç halda ona yaxınlaşmasının yolverilməz olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə New York Post nəşri məlumat yayıb.

45 yaşlı aktyor bunu iştirak etdiyi podkastlardan birində deyib. Onun sözlərinə görə, şəxsi sərhədlərə hörmət olunması vacibdir:

“Mən yemək yeyəndə mənə yaxınlaşmayın. Bu, xoşuma gəlmir. Uşaqlarımla olanda da yaxınlaşmayın”, — deyə Kalkin bildirib.
 

Aktyor ümumiyyətlə ailəsi ilə birlikdə olduğu vaxtlarda — həyat yoldaşı Brenda Sonq və 3 yaşlı Karson, 4 yaşlı Dakota adlı övladları ilə — ondan uzaq durmağı xahiş edib. Bundan başqa, Kalkin pərəstişkarların onun arxasınca tualetə qədər getməsinin də yolverilməz olduğunu vurğulayıb.


Onun sözlərinə görə, bu cür qaydaları müəyyənləşdirməyə səbəb ictimai tədbirlərdən kənarda pərəstişkarlarla tez-tez qarşılaşması və bu ünsiyyətin artıq tənzimlənməsinə ehtiyac yaranması olub.

Qeyd edək ki, rejissor Kris Kolambusun çəkdiyi “Evdə tək” filmi 1990-cı ildə ekranlara çıxıb və Ginnesin Rekordlar Kitabına bütün dövrlərin ən çox gəlir gətirən komediya filmi kimi düşüb.

Makoley Kalkin filmdə əsas obrazı — bayramqabağı evdə tək qalan Kevin Makkallister rolunu canlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO