İsveç vətəndaşı İranda həbs olundu – İsrailə casusluq edib?

İsveç vətəndaşı İranda həbs olundu – İsrailə casusluq edib?

Hazırda oxunan: İsveç vətəndaşı İranda həbs olundu – İsrailə casusluq edib?
586078
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün İsveç Xarici İşlər Nazirliyi İranda İsveç vətəndaşının həbs edildiyini rəsmən təsdiqləyib.

Bizim.Media "Tabnak" nəşrinə xəbər verir ki, nazirlik məsələ ilə bağlı əlavə detallar, o cümlədən saxlanılan şəxsin kimliyi barədə məlumat verməyib.
 

Açıqlamada bildirilib ki, İsveçin Tehrandakı səfirliyi həbs olunan şəxsin ailəsi ilə əlaqə saxlayır və həmin şəxsin məhkəmədə özünü müdafiə etməsi üçün vəkilinin olduğu qeyd olunub. Xarici İşlər Nazirliyi konsulluq qaydalarına istinad edərək əlavə məlumatın açıqlanmayacağını bildirib.


Dünən İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsğər Cahangir ikili vətəndaşlığı olan həmin şəxs barəsində hökmün tezliklə açıqlanacağını bildirib. O, İsrail kəşfiyyatına casusluq etməkdə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO