Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO

Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO
584679
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda yanğın təhlükəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 55 ünvanında yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- köçürmə yolları müxtəlif materiallarla tutulub və yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- binanın zirzəmisində aparılan tikinti işləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyektdə tikinti norma və qaydalarının tələblərinə zidd olaraq yaşayış binasının zirzəmi sahəsində yanğın təhlükəli malların satışı məqsədilə anbar yerləşdirilib;

- obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş kosmetoloji vasitələrin satışı anbarındakı yanğın təhlükəli mallar daşınıb kənarlaşdırılmaqla binanın təhlükəsizliyi təmin edilib və yol verilmiş nöqsanlara görə obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.



Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO - foto 1
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO - foto 2
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO