Azərbaycan və Polşa XİN arasında ilk konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Azərbaycan və Polşa XİN arasında ilk konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Polşa XİN arasında ilk konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO
583073
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşa Respublikasının paytaxtı Varşava şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və bu ölkənin Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Polşa nümayəndə heyətinə isə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq Məsələləri idarəsinin müdiri Justyna Chrzanovska rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Polşa Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə, daxili işlər, prokurorluq, miqrasiya sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadilə aparıblar.

Azərbaycan və Polşa XİN arasında ilk konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO