Bakıda "Bolt" sürücüsü sifarişi ləğv edib sərnişini DÖYDÜ

Bakıda "Bolt" sürücüsü sifarişi ləğv edib sərnişini DÖYDÜ

Hazırda oxunan: Bakıda "Bolt" sürücüsü sifarişi ləğv edib sərnişini DÖYDÜ
581724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığındakı "Makler" bağında taksi sürücüsü sərnişinə xəsarət yetirib.

Bizim.Media lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saat 1 radələrində baş verib.

Paytaxt sakini "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edib. Sifarişi 26 yaşlı Ümid Məmmədov qəbul etsə də, avtomobildə nasazlıq yarandığını görərək sifarişi ləğv edib.

Sərnişin sürücünü söyərək təhqir edib. Təhqirlərdən hiddətlənən sürücü sərnişinin sifət və başına yumruq zərbələri endirərək ona xəsarətlər yetirib.
 

Hadisədən sonra Ümid Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərərvurma) ilə cinayət işi açılıb.


Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdıqlarını və qarşı tərəfin şikayətçi olmadığını bildirib, cinayət işinə xitam verilməsini istəyib. Nizami rayon Məhkəməsi qərar çıxararaq cinayət işinə xitam verib və Ümid Məmmədov məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO