Sürücülərin DİQQƏTİNƏ - Bu yolda xüsusi hərəkət zolağı təşkil edilir

Sürücülərin DİQQƏTİNƏ - Bu yolda xüsusi hərəkət zolağı təşkil edilir

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ - Bu yolda xüsusi hərəkət zolağı təşkil edilir
581401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Şəhər şosesində (Zabrat yolu) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
 

Bildirilib ki, Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud olmayıb.


“Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu.

Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik”, - qeyd olunub.

Sürücülərin DİQQƏTİNƏ - Bu yolda xüsusi hərəkət zolağı təşkil edilir - foto 1
Sürücülərin DİQQƏTİNƏ - Bu yolda xüsusi hərəkət zolağı təşkil edilir - foto 2
Sürücülərin DİQQƏTİNƏ - Bu yolda xüsusi hərəkət zolağı təşkil edilir - foto 3
Sürücülərin DİQQƏTİNƏ - Bu yolda xüsusi hərəkət zolağı təşkil edilir - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO