
- A-
- A
- A+
Sülh sazişi çərçivəsində Ukraynanın sərhədləri dəyişəcəkmi?
ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başa çatdırılması ilə bağlı sülh sazişinin tezliklə əldə olunacağını bildirib. O, sazişin nəticəsində Ukraynanın sərhədlərinin dəyişə biləcəyinə də eyham vurub.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə CBS telekanalına müsahibəsində danışıb.
Ondan sülh sazişinin nəticəsində “hər şeyin azad və müstəqil Ukraynanın qorunub saxlanılması ilə yekunlaşacağını” gözləyib-gözləmədiyi soruşulub.
Tramp isə belə cavab verib:
“Düşünürəm ki, razılaşma əldə edəcəyik və bunun baş verəcəyinə inanıram. Nəticədə Ukrayna bir qədər fərqli görkəm alacaq”.
Sülhə gedən yolda əsas maneənin nədən ibarət olduğu barədə suala cavabında Tramp bunun Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı “nifrət” olduğunu bildirib. O, bir daha prezident olsaydı, bu müharibənin heç vaxt başlamayacağını iddia edib.
ABŞ lideri Zelenskiyə, yoxsa Putinə daha çox etibar etdiyi barədə suala isə birbaşa cavab verməyib. Tramp hər ikisi ilə “yaxşı münasibətlərinin” olduğunu söyləyib.
Ondan Putinin onu aldatdığını düşünüb-düşünmədiyi də soruşulub. Tramp bu ehtimalı rədd edib və Rusiyaya qarşı siyasətini müdafiə edib.
“Heç kim Rusiyaya qarşı mənim qədər sərt olmayıb. Ticarət sahəsində onlara qarşı nə etdiyimə, tətbiq etdiyim sanksiyalara və digər addımlara baxın. Mən dizel yanacağına tətbiq olunan sanksiyaları ləğv etməmişəm. Rusiyaya bizə deyil, bütün dünyaya minlərlə və minlərlə barel neft və dizel yanacağı tədarük etməyə icazə vermişəm. Dünyanın buna ehtiyacı var idi”, – deyə Tramp bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































