İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

Hazırda oxunan: İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi
580894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulun Fatih rayonunda, təxminən zəhərləndikləri güman edilən türk-alman ailəsinin üç üzvü öldükdən sonra bir otel təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə yerli media yazıb.

Mənbə qeyd edir ki, ana və 3 və 6 yaşlı iki uşaq özlərini pis hiss etdikdən sonra dünyasını dəyişiblər. Hadisə ilə əlaqədar otelin bütün qonaqları digər mehmanxanalara köçürülüb.
 

Birgün qəzetinin məlumatına görə, şənbə günü otelin digər iki qonağı da zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Ailə Ortaköy rayonunda küçə satıcılarından yemək yedikdən sonra özlərini pis hiss etmişdi. Lakin istintaq zamanı məlum olub ki, otelin nömrələrindən biri yaxınlarda insektisidlərlə işlənib və bu, baş verənlərlə bağlı ola bilər.


Polis otelin bir əməkdaşını və iki dezinfeksiya mütəxəssisini həbs edib. Hazırda iş üzrə saxlanılanların sayı 7 nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO