Messinin komandası ilk dəfə MLS-də pley-off seriyasını qazandı - VİDEO

Messinin komandası ilk dəfə MLS-də pley-off seriyasını qazandı - VİDEO

Hazırda oxunan: Messinin komandası ilk dəfə MLS-də pley-off seriyasını qazandı - VİDEO
579648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lionel Messinin “İnter Mayami”si klub tarixində ilk dəfə MLS (ABŞ Futbol Liqası) pley-off seriyasında qalib gəlib.

Bizim.Media xəbər verir ki, klub 1/4 finalda “Sinsinnati” ilə qarşılaşacaq.

2022 və 2024-cü illərdə Florida təmsilçisi turniri ilk mərhələdə tərk etmişdi. Ötən mövsümdə isə A. Mirançukun çıxış etdiyi “Atlanta Yunayted”ə 1–2 hesablı seriya ilə məğlub olmuşdu.

Cari mövsümün ilk raundunda “İnter Mayami” “Neşvill” üzərində 2–1 hesabı ilə qələbə qazanıb və 1/4 finalda (Şərq Konfransının yarımfinalında) “Sinsinnati” ilə üz-üzə gələcək. “Sinsinnati” isə ilk mərhələdə “Kolumbus Kryu” komandasını 2–1 hesabı ilə məğlub edib.

“İnter Mayami” “Sinsinnati” ilə səfərdə bir oyundan ibarət qarşılaşmanı 22 və ya 23 noyabrda keçirəcək. Qalib komanda yarımfinalda “Filadelfiya Yunion” – “Nyu-York Siti” cütünün qalibi ilə qarşılaşacaq.

 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO