"Qarabağ"ın futbolçularına bu qədər mükafat veriləcək

"Qarabağ"ın futbolçularına bu qədər mükafat veriləcək

Hazırda oxunan: "Qarabağ"ın futbolçularına bu qədər mükafat veriləcək
579244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

Bizim.Media verir ki, əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.

Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağıq təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik ötən gecə sərgilənən oyundan olduqca razı qalıb. London klubu ilə heç-beçə qələbəyə bərabər tutulub. Futbotçuların döyüşkənliyi, qələbə üçün mübarizə aparmaları və bu oyunun dünyada böyük marağa səbəb olması "Qarabağ"ın bosslarını razı salıb.

Nəticədə heç-heçə üçün nəzərdə tutulan mükafat artırılıb. Azərbaycan çempionunun üzvləri "Çelsi" ilə oyuna görə 80-90 min manat arası mükafat alacaqlar.

Qeyd edək ki, cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb. / publika.az


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO