Şuşada hərbi yürüş KEÇİRİLİR - VİDEO

Şuşada hərbi yürüş KEÇİRİLİR - VİDEO

Hazırda oxunan: Şuşada hərbi yürüş KEÇİRİLİR - VİDEO
579174
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşağldan azad olunmuş Şuşa şəhərində Zəfər Gününün 5 illiyi ilə əlaqədar hərbi yürüş keçirilir.

Bizim.Media xəbər verir ki, qəhrəman Azərbaycan hərbçilərinin yürüşü Şuşa şəhərindəki Bayraq meydanından başlayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarının azad olunması ilə nəticələnən bu Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.
 

Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib.


Beş ildir ki, Azərbaycan xalqı onun üçün mədəniyyət, milli irs və qürur mənbəyi olan Şuşanın işğaldan azad edildiyi tarixi – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO