Cüdoçumuz AVROPA ÇEMPİONU oldu

Cüdoçumuz AVROPA ÇEMPİONU oldu

Hazırda oxunan: Cüdoçumuz AVROPA ÇEMPİONU oldu
578253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, 66 kq-da ölkəmizi təmsil edən İslam Rəhimov ilk görüşündə Slovakiya idmançısı Roman Dekana ipponla qalib gəlib.

1/8 finalda cüdoçumuz xorvatiyalı Dani Klaçarı ipponla məğlub edərək adını 1/4 finala yazdırıb.

Rəhimov 1/4 finalda ermənistanlı Jirayr Hambaryan üzərində parlaq qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Yarımfinalda Rəhimov Nazar Viskova (Ukrayna) qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Və nəhayət finalda İslam Rəhimov Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO