Paşinyandan ETİRAF: “Ermənistan sülh şəraitində yaşamağa hələ alışmayıb”

Paşinyandan ETİRAF: “Ermənistan sülh şəraitində yaşamağa hələ alışmayıb”

Hazırda oxunan: Paşinyandan ETİRAF: “Ermənistan sülh şəraitində yaşamağa hələ alışmayıb”
577414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bir daha bildirmək istəyirəm ki, Ermənistan və Azərbaycan arasındakı sülh artıq mövcud reallıqdır. Eyni zamanda sülhün bizim üçün yad bir vəziyyət olduğunu da qəbul etməliyik. Yəni Ermənistan sülh şəraitində yaşamağa hələ alışmayıb”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi üzrə ilkin müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan Respublikası üçün sülhün nə demək olduğunu anlamaq çətindir, çünki ölkəmiz müstəqilliyinin ilk günündən etibarən konflikt vəziyyətində olub:

“Müstəqillikdən əvvəlki qısa dövrü də nəzərə alsaq, əslində biz münaqişə mühitində yaşamışıq. Sülh şəraitində yaşamaq, sülhə uyğun düşüncə və davranış tərzini formalaşdırmaq asan məsələ deyil. Bu problemi həll edərkən çox diqqətli olmalıyıq və bu, sülhə qayğı göstərmək baxımından vacib bir komponentdir.

Biz mövcud sülhə diqqət yetirməliyik ki, o möhkəmlənsin və daha institusional xarakter alsın.

Təbii ki, bu işdə biz Azərbaycanla diplomatik kanallar vasitəsilə əməkdaşlığa davam edirik. Həmçinin müxtəlif səviyyələrdə kontaktlar yaranır. Azərbaycanla münasibətlərimiz gündəlik həyatımızın ayrılmaz hissəsi olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO