Tramp və Putin arasında Macarıstanda keçirilməsi planlaşdırılan görüş LƏĞV EDİLDİ

Tramp və Putin arasında Macarıstanda keçirilməsi planlaşdırılan görüş LƏĞV EDİLDİ

Hazırda oxunan: Tramp və Putin arasında Macarıstanda keçirilməsi planlaşdırılan görüş LƏĞV EDİLDİ
576502
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 ABŞ prezidenti Donald Tramp sülh danışıqlarına hazırlıq məqsədilə aparılan telefon danışığı nəticəsiz qaldıqdan sonra, yaxın gələcəkdə Rusiya lideri Vladimir Putin ilə görüşməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.
 

Nəşrin yazdığına görə, sammitə hazırlıq prosesi Moskvanın Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında nəzərdə tutulan şəxsi hazırlıq görüşünü ləğv etməsi ilə dayanıb.


Tramp, hər iki ölkənin nümayəndələrinin Putinlə görüşünə hazırlıq məqsədilə Macarıstanda toplanmasını istəyirdi.

Lakin Lavrov və Rubio arasında bazar ertəsi baş tutan telefon danışığı uğursuz olub. Gərgin keçən danışıqlar zamanı Lavrovun Rubioya Rusiyanın Ukraynada cəbhə xəttinin dondurulmasına razı olmadığını bildirdiyi güman olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO