SON DƏQİQƏ - Səhiyyə Nazirliyinin bəzi strukturları ləğv edildi - Rəsmi

SON DƏQİQƏ - Səhiyyə Nazirliyinin bəzi strukturları ləğv edildi - Rəsmi

Hazırda oxunan: SON DƏQİQƏ - Səhiyyə Nazirliyinin bəzi strukturları ləğv edildi - Rəsmi
575939
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib.

Bizim.Media - nın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib. 

Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. 
 

Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb. 


Məsələni dəqiqləşdirmək üçün AR Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən müəssisələr qanunvericiliyə uyğun olaraq ləğvolunma prosesindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO