“Yeganə dövlətik ki, cinayət işi olan Baş Qərargah rəisi orduya rəhbərlik edir

“Yeganə dövlətik ki, cinayət işi olan Baş Qərargah rəisi orduya rəhbərlik edir" – ERMƏNİ DEPUTAT

Hazırda oxunan: “Yeganə dövlətik ki, cinayət işi olan Baş Qərargah rəisi orduya rəhbərlik edir" – ERMƏNİ DEPUTAT
57402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan yəqin ki, dünyada ilk və yeganə dövlətdir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ağır cinayətdə ittiham olunur və artıq iki aydır ki, Silahlı Qüvvələrə təqsirləndirilən şəxs statusunda rəhbərlik edir.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Robert Köçəryanın “Ermənistan” fraksiyasından olan deputatı Artur Qazinyan öz Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni deputat Köçəryanın prezidentliyə namizədliyi HAQDA danışdı  


“Ermənistan Konstitusiyasının 14.1-ci maddəsinə əsasən, Ermənistan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının mühafizəsini, təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir. Və belə biabırçı vəziyyətdə sabah biz Ermənistan ordusunun yaradılmasının 30 illiyini qeyd edirik. Necə deyərlər: sonadək kökündən dağıtmalıyıq”, – Artur Qazinyan qeyd edib. 

Xatırladaq ki, ötən il Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana qarşı ittiham irəli sürülüb. O, ölkənin keçmiş müdafiə naziri David Tonoyan kimi yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur. Bununla belə, Davtyan barədə həbs qətimkan tədbiri hələ seçilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO