14 yaşlı qızın anası tərəfindən qaçırılması iddiasına DİN-dən REAKSİYA

14 yaşlı qızın anası tərəfindən qaçırılması iddiasına DİN-dən REAKSİYA

Hazırda oxunan: 14 yaşlı qızın anası tərəfindən qaçırılması iddiasına DİN-dən REAKSİYA
0:00
0:00
50017
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şirvan şəhər sakini Tamella Mustafayeva 2008-ci il təvəllüdlü nəvəsi A.A-nın narkotik istifadəçisi olan anası tərəfindən zorla Bakı şəhərinə aparılması, atalığı tərəfindən döyülməsi və polis tərəfindən şikayətə baxılmaması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirib”.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Facebook” səhifəsində yazıb:

O, qeyd edib ki, iddialar dərhal DİN-in nəzarətinə götürülməklə müvafiq araşdırmalar aparılıb, iddiaların təfərrüatı yoxlanılıb:

“Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir, müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır. A.A-nın atalığı tərəfindən döyülməsi, ananın narkotik istifadəçisi olması ilə bağlı iddialar təsdiqini tapmayıb. A.A-nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı alınıb. Heç kim tərəfindən zorakılığa məruz qalmadığını, atalığını iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar. Bu gün yenidən ailə ilə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər”.

Bizim.Media

14 yaşlı qızın anası tərəfindən qaçırılması iddiasına DİN-dən REAKSİYA - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO