“Bazel”in atmacasına “Kayrat” şərik çıxdı, “Qarabağ” hər ikisini susdurdu - FOTO

“Bazel”in atmacasına “Kayrat” şərik çıxdı, “Qarabağ” hər ikisini susdurdu - FOTO

Hazırda oxunan: “Bazel”in atmacasına “Kayrat” şərik çıxdı, “Qarabağ” hər ikisini susdurdu - FOTO
49026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Konfrans Liqasında “Qarabağ”la birgə H qrupunda yer alan İsveçrənin "Bazel" klubu “Instagram” səhifəsində Ağdam klubunun azarkeşləri ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, İsveçrə təmsilçisi azərbaycanlı futbol azarkeşlərinin sosial şəbəkə hesablarındakı “rəy hücumu”ndan şikayətlənərək öz fanatlarını stadionda komandaya dəstək olmağa səsləyiblər. 

"Azərbaycanlıların şərhlərindən siz də bezmisiniz? Elə isə oyuna gəlib "Qarabağ"a qarşı komandamızı stadiondan dəstəkləyin", - deyə paylaşımda qeyd olunub.

Eyni qrupda yer alan Qazaxıstan "Kayrat"ının rəsmi səhifəsi bu fotoya "Bu hiss mənə tanışdır" şərhini yazıb. "Qarabağ"ın bu rəyə cavabı gecikməyib. Təmsilçimizin rəsmi səhifəsindən "Başqa nə hisslər keçirdin?" sualı ünvanlanıb.

Ağdam klubu digər rəyində “Bazel”i salamlayaraq, nəticədən asılı olmayaraq dostluğun hər zaman qazanacağını yazıb.

Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Bizim.Media


“Bazel”in atmacasına “Kayrat” şərik çıxdı, “Qarabağ” hər ikisini susdurdu - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO