Qarabağda ermənilərə məxsus mobil rabitə və internet işləmir – Ruslardan kömək istədilər

Qarabağda ermənilərə məxsus mobil rabitə və internet işləmir – Ruslardan kömək istədilər

Hazırda oxunan: Qarabağda ermənilərə məxsus mobil rabitə və internet işləmir – Ruslardan kömək istədilər
48602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dağlıq Qarabağda mobil rabitəni və interneti kəsib. 

Bizim Media xəbər verir ki, bu barədə informasiyanı qondarma rejimin “ombudsmanı” Qeqam Stepanyan yayıb.

Onun sözlərinə görə, bu problem bu ilin avqustunda yaranıb:
 

MÖVZU İLƏ BAĞLI:

Müharibədə ermənilərin 40 faizini generallar öldürüb - Roman Bağdasaryandan sensasion AÇIQLAMA - VİDEO


“Bu məsələ artıq Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə təqdim edilib. Sonra problem həll olunub, lakin Azərbaycan rəsmilərinin Şuşaya səfərindən sonra yenidən aktuallaşıb. Bir aya yaxındır ki, “Artsax”da rabitə ciddi fasilələrlə işləyir. Rabitə problemi təmas xəttinin bilavasitə yaxınlığında yerləşən yaşayış məntəqələrində daha kəskindir, bəzi icmalarda isə ümumiyyətlə əlaqə yoxdur", - deyə o, qeyd edib.

Onun fikrincə, mobil rabitə və internetə çıxış azərbaycanlılar tərəfindən bilərəkdən bloklanır, telekommunikasiya şirkətlərinin istifadə etdiyi tezliklərə və texniki vasitələrə təsir edilir. 

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO