İstanbulda qasırğa:  xəsarət alanların sayı 38-ə çatdı - VİDEO

İstanbulda qasırğa:  xəsarət alanların sayı 38-ə çatdı - VİDEO

Hazırda oxunan: İstanbulda qasırğa:  xəsarət alanların sayı 38-ə çatdı - VİDEO
48285
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulda güclü qasırğa nəticəsində xəsarət alanların sayı 38-ə çatıb, dörd nəfər ölüb.

Bizim.Media  xəbər verir ki, bununla bağlı qardaş ölkənin səhiyyə naziri Türkiyə ərazisində, xüsusilə Mərmərə bölgəsində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı açıqlamasında bildirib.

Meydana gələn qasırğa nəticəsində İstanbul, Bursa və Bolu vilayətlərində dağıntı və xəsarət alanların olduğunu bildirən nazir, başda İstanbulun Esenyurt, Arnavutköy, Avcılar və Başakşehir rayonları olmaqla bəzi bölgələrdə təbii fəlakətin fəsadlarının daha ağır olduğunu deyib.

Əlverişsiz hava şəraiti nəzərə alınaraq ölkənin İstanbul, Kocaeli, Yalova, Bursa və Sakarya vilayətlərindəki təhsil müəssisələrində noyabrın 30-da bir günlük tətil elan edilib.

Güclü qasırğa səbəbindən İstanbulun hava limanlarına eniş edə bilməyən bir neçə təyyarə İzmir və Ankaraya yönləndirilib.

Hidrometeoroloqlar ölkədə hökm sürən əlverişsiz hava şəraitinin noyabrın 30-u axşam saatlarınadək davam edəcəyini proqnozlaşdırırlar.
 

 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO