
- A-
- A
- A+
Dünya ölkələrinə vaksinlə bağlı hansı hədəf qoyulub? - BVF prezidentindən ETİRAF
“Kütləvi peyvənd nəticəsində dünya ölkələrində iqtisadiyyat bərpa olunmaqdadır”.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində videomüraciətində bildirib.
MÖVZU İLƏ BAĞLI:
BVF-nin bədbin PROQNOZU: “Bu ölkələr üçün çətin olacaq”
Beynəlxalq Valyuta Fondunun prezidenti deyib ki, bəzi ölkələrdə peyvəndlə bağlı çətinliklər iqtisadiyyatın bərpasına da mane olur:
“Bu ilin sonuna qədər dünya ölkələrində əhalinin 40 faizinə vaksin vurulması hədəfini qoymuşuq. Biz gələcək şoklara qarşı da müqavimətimizi artırmalıyıq. İqlim dəyişikliyinin təhdidləri qapımızdadır. Biz daha yaxşı dünyanı qurmalıyıq”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































