C vitamini çatışmazlığının əlamətləri – Diş əti qanayır

C vitamini çatışmazlığının əlamətləri – Diş əti qanayır

Hazırda oxunan: C vitamini çatışmazlığının əlamətləri – Diş əti qanayır
42835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vitamin C – askorbin turşusu pandemiyada ən çox gündəmə gələn vitaminlərdəndir. Bu vaxta qədər onun vacibliyini xatırladan yox idi. Müasir insanlar kəskin avitaminozdur. C vitamini isə çox adamlarda çatışmır.

Bizim.Media vitamin C faydası və defisitinin əlamətlərini təqdim edir.

Bu vitamin güclü antioksidantdır, damarlar, birləşdirici toxumanın formalaşması, dəmirin qana sovrulması üçün çox vacibdir. İmmuniteti möhkəmləndirir.

Çatışmadıqda simptomları:

- İdə 4-5 dəfə infeksion xəstəliklərə tutulmaq

- Yaraların, zədələrin izinin çox gec sağalması

- Damaqda qanama

- Bədəndə qəfil göyərmələrin yaranması

- Sümüklərin əriməsi, əyilməsi

- Ayaqlarda ağrılar

- Əsəbilik, hər şeyə qıcıqlanma

- İştahın olmaması

- Burundan qanaçılma

- Damarların partlaması

- Depressiya

- Əzginlik

- Dırnaq dibinə qansızma

Qidalanmasında ancaq çay, çörək, ət olan, konservləşdirilmiş qidalar yeyən uşaq və böyüklərdə defisit yaradır. Kəskin vitamin C çatışmazlığı çinqa xəstəliyi adlanır.

Müalicə üçün yüksək dozalı vitamin C inyeksiyası edilir və ya təyin edilir. Eləcə də C vitaminli qidalar çox yeyilməlidir. Bunlar kartof, bütün növ kələmlər, sitrus meyvələri, itburnu, giləmeyvələr, bolqar bibəridir. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO