Əcnəbi turistləri ölkəmizdən qaçaq salan SƏBƏBLƏR – Otellərdə bron qiymətindən artıq pul tələb edilir? 

Hazırda oxunan: Əcnəbi turistləri ölkəmizdən qaçaq salan SƏBƏBLƏR – Otellərdə bron qiymətindən artıq pul tələb edilir? 

42613

Ölkəmizin turizm imkanları bəlli olsa da göstərilən xidmət müqabilində qiymətlər fantastik həddədir. Yüksək xidmət göstərən, lüks otellər belə desək, yalnız "ağ adamların" istirahətinə hesablanıb. Artıq qiymtələrin yüksək olması yerli turistlərlə yanaşı, əcnəbiləri də ölkədən qaçaq salıb. 

Bu günlərdə Bakıda yaşayan xarici müştərilərdən biri Şamaxıdakı otellərdən birinə zəng edərək 2 nəfərlik otaq bron etmək istəyib. Otel rəsmisi ilə rus dilində danışan əcnəbiyə 2 nəfərlik otaq xidməti üçün qiymətin 120 manat olduğu deyilib.

Müştəri qiyməti öyrənəndən sonra 2 nəfərlik otağı bron edib və Bakıdan Şamaxıya gedib. Otelə yaxınlaşanda onun əcnəbi olduğu öyrənilib və 120 manatın yerli vətəndaşlar üçün, xaricilərə isə qiymətin 240 manat olduğu bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Turizm mövsümü necə BİTDİ? – Ziyanlarımızla bağlı rəsmi AÇIQLAMA


Bu barədə sosial şəbəkələrdə qeyd edilib və məsələ istehlakçı hüquqlarının pozulması kimi dəyərləndirilib.

Əcnəbi vətəndaşlar üçün turizm xidmətlərində ayrıseçkiliyə yol verilməsi sərt tənqid olunub. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə xidmət, onun səviyyəsi və doğruluğu ilə bağlı məsələlərlə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məşğul olduğunu qeyd edib. 
 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mətbuat katibi Elmar Məlikov isə bununla bağlı müştərinin quruma müraciət etməsini vacib sayıb:


“Bu məsələdə fərq yoxdur. Əcnəbi vətəndaş da ölkəmizdə istehlakçıdır. O,  mütləq qurumumuza müraciət etməlidir ki, məsələni araşdıra bilək.
 

Təbii ki, biganə qalmayacağıq. Həmin müraciət əsnasında qərar  və hüquqi qiymət veriləcək”.


Azad istehlakçılar İctimai Bilriyinin rəhbəri Eyyub Hüseynov sözügedən olayla bağlı bənzər halların digər ölkələrdə də yaşandığını deyib:

“Avropa ölkələrində və ABŞ-da da buna bənzər hallar var. Yerli əhali üçün müəyyən xidmətlər aşağı, əcnəbilər üçün isə yuxarı qiymətə olur. Təssüf ki, bütün dünyada olan bu problem o demək deyil ki, yaxşı bir göstəricidir.
 

İstəməzdim ki, dünyanın pis nümunəsi Azərbaycanda olsun. Bu anormal haldır. Hansı ölkədə baş verirsə, istehlakçı hüququnun pozulması və insanlara ayrıseçkilik qoyulmasıdır. Düşünürəm ki, dünyada yayılmış bu, düzgün siyasət deyil.


Bu, bir daha onu göstərir ki, dünyada biznes, istehlak siyasətindən çox-çox qabağadır. Hökumətlər vətəndaşların az xərc çəkməsi məsələsindən çox, biznesdən pul qoparmaq siyasətini dəstəkləyir”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO