Yeni səfirimiz etimadnaməsini Krala təqdim etdi

Hazırda oxunan: Yeni səfirimiz etimadnaməsini Krala təqdim etdi

42374

Azərbaycanın Belçikadakı yeni səfiri Vaqif Sadıqov etimadnaməsini Kral Filipə təqdim edib.

Bizim.Media xəbər verir ki, etimadnamə təqdim edildikdən sonra Kral Filip yeni təyinatı münasibətilə səfir Vaqif Sadıqovu təbrik edib və ona gələcək vəzifələrində uğurlar arzulayıb.
 

Səfir Vaqif Sadıqov da öz növbəsində Prezident İlham Əliyevin Kral Filipə səmimi salamlarını və xoş arzularını çatdıraraq, Belçika Kralını ona uyğun bir zamanda Azərbaycana səfərə dəvət etməkdən məmnun olacaqlarını bildirib.


Kral Filip səmimi salamlarına görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirmiş, onun da səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO