Vətən müharibəsinin 21-ci günü nələr baş verib? – XRONİKA

Hazırda oxunan: Vətən müharibəsinin 21-ci günü nələr baş verib? – XRONİKA

41920

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin 21-ci gününə (17 oktyabr) aid olan xronikasını təqdim edir.

- Prezident İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun bir neçə kəndinin işğalçılardan azad edildiyini açıqlayıb.

- Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib. Növbəti paylaşımında Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: "Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!".

- Ermənistanın silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutublar. Gəncədə ölənlərin sayı 13-ə çatıb, 52 nəfər isə yaralanıb. Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 20 ev tam dağılıb.

- Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləməyə nail olub. Düşmənin mühəndis istehkam rəisi, polkovnik məhv edilib.

- Düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və Su-25 təyyarəsi məhv edilib. Ermənistan ordusunda parçalanma başlayıb: "Könüllülər" özbaşına mövqeləri tərk ediblər.

- Prezident İlham Əliyev tərəfindən Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

- Düşmənə məxsus növbəti zirehli texnika, “Tor-M2KM” zenit-raket kompleksləri, BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, “S-125” zenit raket kompleksi məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO