“Dünya Çempionatı-2022”: 14 qarşılaşma keçirildi – NƏTİCƏLƏR

“Dünya Çempionatı-2022”: 14 qarşılaşma keçirildi – NƏTİCƏLƏR

Hazırda oxunan: “Dünya Çempionatı-2022”: 14 qarşılaşma keçirildi – NƏTİCƏLƏR
40925
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 9-da 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII turun daha 14 qarşılaşması keçirilib.

Bizim.Media xəbər verir ki, A qrupunda Azərbaycan millisi İrlandiyanı qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə İrlandiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəqib komandanın heyətində Kallum Robinson dubl edib, Çiedozie Oqbene isə fərqlənib.

Qrupun digər görüşündə Serbiya yığması səfərdə Lüksemburq seçməsinin 2:0 heaabı ilə məğlub edib.

Gecənin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

Azərbaycan - İrlandiya - 0:2;

Lüksemburq - Serbiya - 0:2.

Qrupdakı vəziyyət: Serbiya - 14 (6 oyuna), Portuqaliya - 13 (5), Lüksemburq - 6 (4), İrlandiya - 5 (6), Azərbaycan - 1 (5).

B qrupu

İsveç - Kosovo - 3:0;

Gürcüstan - Yunanıstan - 0:2.

Qrupdakı vəziyyət: İspaniya - 13 (6 oyuna), İsveç - 13 (5), Yunanıstan - 9 (5), Kosovo - 4 (6), Gürcüstan - 1 (6).

C qrupu

Litva - Bolqarıstan - 3:1;

İsveçrə - Şimali İrlandiya - 2:0.

Qrupdakı vəziyyət: İtaliya 14 (6 oyuna), İsveçrə - 11 (5), Şimali İrlandiya - 5 (5), Bolqarıstan - 5 (6), Litva - 3 (6).

D qrupu

Qazaxıstan - Bosniya və Herseqovina - 0:2;

Finlandiya - Ukrayna - 1:2.

Qrupdakı vəziyyət: Fransa - 12 (6 oyuna), Ukrayna - 8 (6), Bosniya və Herseqovina - 6 (5), Finlandiya - 5 (6), Qazaxıstan - 3 (5).

F qrupu

Şotlandiya - İsrail - 3:2;

Farer adaları - Avstriya - 0:2;

Moldova - Danimarka - 0:4.

Qrupdakı vəziyyət: Danimarka - 21, Şotlandiya - 14, İsrail - 10, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1 (Hər komandanın 7 oyunu var).

I qrupu

Macarıstan - Albaniya - 0:1;

Polşa - San Marino - 5:0;

Andorra - İngiltərə - 0:5.

Qrupdakı vəziyyət: İngiltərə - 19, Albaniya - 15, Polşa - 14, Macarıstan - 10, Anorra - 3, San Marino - 0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO