Maduro hakimiyyətdən gedəcəyini dedi, amma bir şərtlə...

Hazırda oxunan: Maduro hakimiyyətdən gedəcəyini dedi, amma bir şərtlə...

4061

Venesuela Prezidenti Nikolas Maduro əgər parlament seçkilərində  müxalifət qalib gələrsə , istefaya gedəcəyini söyləyib.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Venesuela lideri dövlət televiziyasında çıxışı zamanı deyib.

Maduro taleyinin xalqın əlində olduğunu vurğulayıb:

“Qalib gəlsək, irəliləyəcəyik, amma onu da deyim ki, mən taleyimi  sizin öhdənizə buraxıram. Müxalifət qalib gəlsə, prezidentlikdən gedəcəyəm. Onlar qazansalar, artıq burada qalmayacağam. Mənim taleyim Venesuela xalqının əlindədir”

Qeyd edək ki, dekabrın 7-də Venesuelada parlament seçkiləri keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO