Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”

Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”

Hazırda oxunan: Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”
0:00
0:00
38867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq” 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. 

“Ermənistan döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tuturdu. Namərd hücum nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur.

Mənim əmrimlə Azərbaycan ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazanmışdı. Keçən ilin dekabrında da mənim sərəncamımla Azərbaycanda 27 sentyabr Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm”, - deyə Prezident bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO