
- A-
- A
- A+
Gənclər və idman naziri TEKNOFEST-ə qatıldı - FOTO
Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 24-də İstanbul şəhərində təşkil edilən TEKNOFEST - Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Fərid Qayıbov TEKNOFEST çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, həmçinin Türkiyə Gənclik Mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.
Nazir həmçinin, "Bayraktar TB2", “Akıncı” və digər hərbi təyyarlərin nümayişini izləyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































