Azərbaycan və Türkiyənin gənclər təşkilatları arasında MEMORANDUM – FOTO

Azərbaycan və Türkiyənin gənclər təşkilatları arasında MEMORANDUM – FOTO

Hazırda oxunan: Azərbaycan və Türkiyənin gənclər təşkilatları arasında MEMORANDUM – FOTO
37653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulda İslahatçı Gənclər İctimai Birliyi (İGİB) ilə Türkiyə Gənclik Birliyi (TGB) arasında Türkiyə və Azərbaycan Gəncliyi “Qardaşlıq və Əməkdaşlıq Anlaşması” imzalanıb.

Bizim.Media xəbər verir ki, hər iki ölkədən media mənsubları və gənclərin iştirakı ilə baş tutan mərasimində memorandumu “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Türkiyə Gənclər Birliyinin başqanı Dilək Çınar imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşaya səfəri başladı


Mərasimdə Anlaşma Memorandumunun mətni media üçün oxunub.

Çıxış edən Fərid Şahbazlı və Dilək Çinar bildirib ki, regionda və dünyada yaranan yeni reallıqlar fonunda Azərbaycan və Türkiyə gənclərinin birgə və fəal əməkdaşlığını zərurətə çevrilib.

Qeyd olunub ki, əldə olunan razılaşma çərçivəsində iki ölkə gənclərinin qarşılıqlı səfərləri təşkil ediləcək, Azərbaycan və Türkiyəyə qarşı həyata keçirilən informasiya təxribatlarına qarşı birgə mübarizə aparılacaq.
 

Eyni zamanda iki ölkənin gəncləri Azərbaycanın işğaldan azad edilən torpaqlarının siyasi, strateji, iqtisadi əhəmiyyəti, turizm potensialının beynəlxalq platformalarda və mediada təbliği üçün birgə fəaliyyət göstərəcək.


İki qardaş ölkənin gəncləri Türkiyənin və bölgənin təhlükəsizliyinə qarşı təhdid yaradan terror təşkilatlarının beynəlxalq müstəvidə ifşası üçün ciddi iş aparacaq.

Bundan başqa iki ölkə gəncləri arasında tarix və mədəniyyət sahəsində də birgə layihələr həyata keçiriləcək.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO