Əfqan kinorejissor Kabildən Ukraynaya necə təxliyə edildi? – ŞOK DETALLAR – VİDEO

Əfqan kinorejissor Kabildən Ukraynaya necə təxliyə edildi? – ŞOK DETALLAR – VİDEO

Hazırda oxunan: Əfqan kinorejissor Kabildən Ukraynaya necə təxliyə edildi? – ŞOK DETALLAR – VİDEO
33175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur rejissor Səhra Kərimi ailəsi ilə birlikdə Əfqanıstandan Kiyevə təxliyə edilib. 

Bizim.Media xəbər verir ki, bu haqda TCH telekanalının reportajında deyilir. 

Mənbə yazır ki, Taliban ölkədəki hakimiyyəti ələ keçirdikdən sonra Kərimi Əfqanıstanı tərk etmək məcburiyyətində qalıb.

Sosial mediada, o, evakuasiyaya kömək etdiklərinə görə Ukraynanın Prezident Aparatına, Ukrayna Xarici İşlər Nazirliyinə, həmçinin Türk və Slovak diplomatlarına təşəkkür edib.
 

Ukraynanın prezident administrasiyasının rəhbərinin müavini Andrey Sibiga TCH-ə verdiyi açıqlamada rejissorun Kabildə olduğu müddətdə daim əlaqə saxladıqlarını söyləyib.


Rejissor Ukrayna təyyarəsinə minə bilməyib, nəticədə peyk naviqasiyasından istifadə edərək bütün Kabul hava limanında müşayiət olunub və Türk təyyarəsinin göyərtəsinə qalxıb, qardaşı və ailəsi ilə birlikdə Kiyevə uçub. Hava limanında onu administrasiyanın rəhbəri Andrey Yermak qarşılayıb.

Sibiganın sözlərinə görə, qadın hazırda təhlükəsiz yerdədir.

Yermak “Twitter”də yazıb ki, rejissoru və ailəsini Kiyevdə salamladığına görə xoşbəxtdir. O, qeyd edib ki, Kərimi Əfqanfilm dövlət şirkətinin ilk qadın baş direktoru və Əfqanıstanın xaricində filmləri tanınan ilk rejissordur, eyni zamanda Əfqanıstanda kino sənəti üzrə doktor dərəcəsi alan ilk və yeganə qadındır.

"Təəssüf ki, onun kimi parlaq istedadların Əfqanıstanda olması təhlükəlidir”, deyə o, əlavə edib.
 

Yermakın sözlərinə görə, Ukrayna Əfqanıstanda hazırda təhlükədə olan ukraynalılara və xaricilərə kömək etmək üçün əlindən gələni edəcək.



Səhra Kərimi daha əvvəl qadınları və sənətçiləri Talibandan qorumağa çağıran açıq məktub yazıb:

"Ölkəmdə hər şey təhlükə altındadır. Taliban hakimiyyəti ələ keçirərsə, bütün sənətləri qadağan edəcək ... Son bir neçə həftədir ki, Taliban xalqımızı məhv edir, çoxlu uşaq oğurlayır, kiçik qızları kişilərinə gəlin kimi satır, qadını paltarına görə öldürür. Ən çox sevdiyimiz komediyaçılardan birinə işgəncə verərək öldürdülər”.

Ukrayna avqustun 16-na keçən gecə Əfqanıstandan təxminən 80 nəfəri təxliyə edib. Onların arasında ukraynalılar və başqa ölkələrin vətəndaşları da var.

Bizim.Media
 

 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO