Kəlbəcərdə həlak olan hərbçilər dəfn edildi

Kəlbəcərdə həlak olan hərbçilər dəfn edildi

Hazırda oxunan: Kəlbəcərdə həlak olan hərbçilər dəfn edildi
32673
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Cəfərov Anar Müstəqim oğlu dəfn edilib.

Bizim.Media xəbər verir ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu ilə vida mərasimi ailəsinin yaşadığı Yevlax rayon Gülövşə kəndində keçirilib.

Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə 2 hərbi qulluqçumuz yol qəzasında həlak oldu - FOTO


Vida mərasimindən sonra, A.Cəfərov Gülövşə kənd qəbristanlığında dəfn olunub.

Həlak olan leytenant Həsənli Eldar Müşfiq oğlu da son mənzilə yola salınıb. Hərbçi ilə vida mərasimi onun ailəsinin yaşadığı Mingəçevir şəhərində keçirilib. Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO