“Hər şeyi dövlətdən gözləməyin” – SƏHİYYƏ NAZİRLİYİ 

“Hər şeyi dövlətdən gözləməyin” – SƏHİYYƏ NAZİRLİYİ 

Hazırda oxunan: “Hər şeyi dövlətdən gözləməyin” – SƏHİYYƏ NAZİRLİYİ 
32377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sərt qapanmaların təkrar olmasını heç kim istəməz. Hər kəs xəstəliyin bitməsini arzulayır. Ona görə də qoyulan qaydalara ciddi riayət etmək lazımdır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib. 

Onun sözlərinə görə, peyvənd olunmaq mütləqdir:

“İnsanlar hər şeyi dövlətdən gözləməli deyil. Özümüzü qorumaq üçün qapalı məkanlarda maskalardan istifadə etməli, sosial məsafəni saxlamalıyıq. Nəzərə almalıyıq ki, ətrafımızda olan hər üç şəxsdən biri koronavirus daşıyıcısı ola bilər. Çoxu sual verir ki, “peyvənd vurdursaq da, yenidən virusa yoluxacağamsa, o zaman bunun nə xeyri?” Buradan həmin insanlara səslənirəm ki, önəmli olan virusa yoluxacağımız təqdirdə bunu yüngül formada, xəstəxanaya düşmədən keçirə bilərik. Unutmayaq ki, pandemiyaya qalib gəlməyimizin yeganə yolu vaksinasiyadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO