Antalyada meşə yanır – 2 təyyarə, 15 helikopter havaya qalxdı - VİDEO

Antalyada meşə yanır – 2 təyyarə, 15 helikopter havaya qalxdı - VİDEO

Hazırda oxunan: Antalyada meşə yanır – 2 təyyarə, 15 helikopter havaya qalxdı - VİDEO
30264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Antalya şəhərinin Manavgat bölgəsində güclü meşə yanğını olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya vilayət rəhbərliyi tərəfindən açıqlanıb.

"Yanğının söndürülməsinə 2 təyyarə, 15 helikopter, altı buldozer və 106 yanğınsöndürən maşın cəlb edilib", deyə administrasiyadan bildirilib.

NTV kanalı tərəfindən yayımlanan videoda yaşayış binalarının yaxınlığında şəhərin üzərindən qara tüstü çıxdığı görsənir.

Yanğın günortadan sonra yaxınlıqdakı meşədə, daha iki ərazidə baş verib. Güclü külək səbəbindən alov sürətlə ətrafa yayılıb. Üç yaşayış sahəsinin sakinləri təxliyyə olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO