Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Hazırda oxunan: Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək
271636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstraliya Böyük Britaniya və digər Avropa ölkələrinin ardınca yaxın zamanda Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adı açıqlanmayan yüksək vəzifəli şəxsə istinadən məlumat verib.
 

"Avstraliya Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstin dövlətini birtərəfli tanıdığını elan edəcək", - deyə nəşr yazır.


Daha əvvəl KİV Böyük Britaniyanın bazar günü, Nyu-Yorkda Baş Assambleyanın yüksək səviyyəli həftəsi başlamazdan əvvəl Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirmişdi.

Nəşr qeyd edir ki, Avstraliyanın bu addımı ABŞ-nin etirazlarına baxmayaraq, atılır.

"Biz onlara bunun məqsədəuyğun olmadığını dedik", - məqalədə qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO