Naxçıvan sakinlərinin su təminatı ilə bağlı narazılığına RƏSMİ CAVAB

Naxçıvan sakinlərinin su təminatı ilə bağlı narazılığına RƏSMİ CAVAB

Hazırda oxunan: Naxçıvan sakinlərinin su təminatı ilə bağlı narazılığına RƏSMİ CAVAB
268515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Muxtar Respublikada içməli su problemi ilə bağlı şikayətlər davam edir. Naxçıvan şəhərinin Babək məhəlləsi sakinləri iddia edirlər ki, əraziyə verilən suyun qrafiki dözülməz hal alıb. Onların sözlərinə görə, iki gündən bir əsassız səbəblərlə su kəsilir.

Məsələ ilə bağlı Bizim.Media Naxçıvan şəhər Sukanal İdarəsinə müraciət edib. Qurumdan bildirilib ki, əhalinin içməli su ilə təminatı fasiləsiz şəkildə həyata keçirilir:

“Əhali 7/24 fasiləsiz içməli su ilə təmin olunur. Qəza halları istisna olmaqla, uzunmüddətli fasilələrə yol verilmir. Su təminatının davamlılığı üçün mütəmadi olaraq su xətlərinə baxış keçirilir, nasazlıqlar vaxtında aradan qaldırılır”.

Qurum sonuncu qəza halının avqustun 11-də Əliqulu Qəmküsar küçəsində qeydə alındığını bildirib:

“Həmin qəza səbəbindən Babək məhəlləsinin içməli su təminatında qısa müddətli fasilə yaranıb. Lakin gün ərzində problem aradan qaldırılıb və məhəllə su ilə təmin olunub”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO