Yeni virus yayılır: Bu ölkədə karantin rejimi tətbiq olunacaq

Yeni virus yayılır: Bu ölkədə karantin rejimi tətbiq olunacaq

Hazırda oxunan: Yeni virus yayılır: Bu ölkədə karantin rejimi tətbiq olunacaq
267581
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çadda yayılan yeni virus can almağa davam edir. 

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin şərqində, xüsusilə Uaddai əyalətində baş verən yoluxmalar nəticəsində son günlər daha 12 nəfərin həyatını itirdiyini açıqlayıb. 

Bununla da, iyul ayından bəri ölənlərin ümumi sayı 75-ə yüksəlib. Rəsmi məlumatlara görə, təkcə Uaddai bölgəsində 900-dən çox şübhəli yoluxma qeydə alınıb.
 

Səhiyyə naziri Abdelmadjid Abderahim vəziyyətlə bağlı çıxış edərək sentyabrın əvvəlində təsirlənmiş əyalətdə bir həftəlik peyvənd kampaniyası keçiriləcəyini bildirib. Nazir həmçinin xəstəliyin qarşısını almaq üçün içməli suyun keyfiyyəti, kanalizasiya və gigiyena tədbirlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.


Xatırladaq ki, iyulun 13-də Dougui qaçqın düşərgəsində təxminən 20 min sudanlı qaçqının yaşadığı ərazidə ilk vəba halı qeydə alınmış və qısa müddətdə dörd nəfərin ölümünə səbəb olmuşdu. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO