“Covid-19”a qarşı maraqlı addım - “QUCAQLAŞMA OTAĞI” 

Hazırda oxunan: “Covid-19”a qarşı maraqlı addım - “QUCAQLAŞMA OTAĞI” 

2672

İtaliyanın Veneto bölgəsində yerləşən qocalar evində yaşayanların koronavirus təhlükəsindən qorunması üçün maraqlı addım atılıb.

Qocaların ziyarətə gələn yaxınları ilə qucaqlaşa bilməsi üçün “qucaqlaşma otağı” hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, “qucaqlaşma otağı”ı şüşə və şəffaf örütüklü ara kəsmələrlə düzəldilib. Bu otaq sayəsində qocalar evi sakinləri epidemiya zamanı onları ziyarətə gələn qohumları ilə təhlükəsiz şəkildə danışa və qucaqlaşa bilirlər.

Bundan əlavə, qocalar evini ziyarətə gələnlər “qucaqlaşma otağına" girmədən əvvəl ciddi gigiyena və təhlükəsizlik yoxlanışından keçirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO