Corcina Ronaldo ilə müqavilə imzalayıb: Boşansalar, görün nə qədər pul alacaq

Corcina Ronaldo ilə müqavilə imzalayıb: Boşansalar, görün nə qədər pul alacaq

Hazırda oxunan: Corcina Ronaldo ilə müqavilə imzalayıb: Boşansalar, görün nə qədər pul alacaq
265561
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo və həyat yoldaşı Corcina Rodrigezin evliliyə hazırlaşması gündəmdən düşmür. Portuqaliyalı forvard 9 ildir birlikdə olduğu argentinalı modellə ailə həyatı qurmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, Portuqaliyanın TV GUI jurnalı onların bu qərarı ilə bağlı maraqlı məlumat yayıb.

Nəşrin iddiasına görə, tərəflərin boşanma halında qüvvəyə minəcək xüsusi razılaşması var. Müqaviləyə əsasən, ayrılıq baş verərsə, Corcina Rodrigez ömürlük olaraq aylıq 114 min dollar məbləğində ödəniş alacaq.

Bu razılaşma onların ilk övladları – Alana Martininanın doğumundan sonra imzalanıb. Saziş həmçinin modelə Ronaldoya məxsus, Madriddəki eksklüziv La-Finka rayonunda yerləşən və dəyəri 5,64 milyon dollardan çox qiymətləndirilən malikanənin mülkiyyət hüququnu verir.

Müqavilənin məqsədi həm Corcinanın, həm də uşaqlarının maliyyə sabitliyini təmin etməkdir. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO