Gürcüstanı etirazlar bürüdü - Parlamentə yürüş var

Gürcüstanı etirazlar bürüdü - Parlamentə yürüş var

Hazırda oxunan: Gürcüstanı etirazlar bürüdü - Parlamentə yürüş var
2654
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda müxalif partiyalar paytaxt Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirir.

Bizim.Media Gürcüstan saytlarına istinadla  xəbər verir ki, etirazçılar şəhərin müxtəlif istiqamətlərindən parlament binasına doğru yürüş ediblər.

Etirazçılar Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvanianın istefasını, həmçinin təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Mitinqin keçirildiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, oktyabrın 31-də  Gürcüstanda keçirilən 10-cu çağırış parlament seçkilərinin birinci raundunda hakim “Gürcü Arzusu partiyası qalib gəlib və hökuməti formalaşdırmaq üçün minimum 76 parlament yerindən 75-ni qazanıb.

Müxalif partiyalar seçkilərin nəticələrini tanımadıqlarını, parlament yerlərindən, eləcə də seçkilərin ikinci raundunda iştirak etməkdən imtina etdiklərini açıqlayıblar.

Parlament seçkilərinin ikinci turu noyabrın 21-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO