Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTO

Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTO

Hazırda oxunan: Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTO
263728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə yay aylarında Van gölündə üzən uşaqların saçları suda və günəşdə olan minerallar səbəbindən saralıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb göl suyunun tərkibində olan minerallardır.

Belə ki, dünyanın ən böyük sodalı gölü sayılan Vanın suyunda kalsium, maqnezium, kalium kimi minerallar var. Günəşlə bərabər bu minerallar da öz təsirini göstərir. Nəticədə saçda müvəqqəti rəng dəyişikliyinə səbəb olur.

Belə bir halla üzləşən 11 yaşlı Cihat bildirib ki, saç rəngi qışa qədər əvvəlki halına qayıdır:

“Sudan çıxanda günəş başımıza vurur. Bu səbəbdən saçlarımız saralır. Məktəblər başlayanda dostlarımız bizi tanımır. Qışda saçlarım qara, yayda isə sarı olur. Qışda Ronaldoya, yayda Oşimenə oxşayıram”.
 

Van Yüzüncü Yıl Universiteti Fen Fakültəsi Kimya Bölümü müəllimi Prof.Dr.Halit Demir verdiyi açıqlamada Van gölünün suyunda mineralların çox olmasının saç quruluşuna təsir etdiyini bildirib.


"Göl suyunun tərkibində soda, kalsium, maqnezium, kalium kimi minerallar var. Bu minerallar orqanizm üçün zəruridir, saç və dəriyə də təsir edə bilər. Xüsusilə göldə uzun müddət üzəndən sonra tünd saçların saralması kimi müvəqqəti rəng dəyişiklikləri baş verə bilər.

Bu qalıcı deyil, qış aylarında saç rəngi əvvəlki vəziyyətinə qayıdır".

Demir mineralların saçdakı ölü hüceyrələri çıxararaq saç sağlamlığına qatqı təmin etdiyini, Van gölünün də antibakterial və antifungal xüsusiyyətlərə sahib olduğunu, bəzi dəri xəstəlikləri üçün faydalı təbii qaynaq olduğunu bildirib.

Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTO - foto 1
Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTO - foto 2
Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTO - foto 3
Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO