Şahin Şıxlinskinin Yekaterinburqdakı evində AXTARIŞ APARILDI

Şahin Şıxlinskinin Yekaterinburqdakı evində AXTARIŞ APARILDI

Hazırda oxunan: Şahin Şıxlinskinin Yekaterinburqdakı evində AXTARIŞ APARILDI
262434
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Rusiyada Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski federal axtarışa verilib.

Bizim.Media xəbər verir ki, Rusiya mediası, xüsusilə də URA.RU saytı bunun səbəbini Şahin Şıxlinskinin bir müddətdir hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaması ilə əlaqələndirib.

URA.RU-ya danışan məlumatlı mənbə onun hazırda Moskvada olduğunu deyib.

Qeyd olunur ki, bu gün Şahin Şıxlinskinin Yekaterinburqdakı evində axtarış aparılıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Digər mənbənin verdiyi məlumata görə, Şahin Şıxlinski oğlu Mutvalı Şıxlinski kimi Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi – "Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi" ilə şübhəli bilinə bilər:


“Deyirlər ki, Şahin oğluna “geri sür” komandası verib. Bundan sonra Mutvalı “Mercedes” markalı avtomobillə hüquq-mühafizə əməkdaşını vurub”.
 

Xatırladaq ki, bu insidentlə bağlı Mutvalı Şıxlinski barəsində istintaq davam edir. O, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə 2 ay müddətinə həbs olunub və 14 sentyabr 2025-ci ilədək istintaq təcridxanasında qalacaq.


Onun vəkili ilkin məhkəmə qərarından apellyasiya şikayəti versə də, Sverdlovsk vilayət məhkəməsi Leninski rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Hazırda iş üzrə istintaq geniş miqyasda davam edir. Şahin Şıxlinskinin hadisəyə nə dərəcədə qarışdığı yaxın günlərdə aydınlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO