Niderlanddan Azərbaycana qarşı növbəti SAYĞISIZLIQ 

Hazırda oxunan: Niderlanddan Azərbaycana qarşı növbəti SAYĞISIZLIQ 

26067

Niderland parlamenti səs çoxluğu ilə yeni qərar qəbul edib və hökumətə millinin AVRO-2020 turnirinin dörddəbir finalında, Bakı şəhərində keçiriləcək futbol matçına qatılmamağı xahiş edib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Armenpress" agentliyi yayıb. 

Mənbə yazır ki, Niderlandın Erməni Təşkilatları Federasiyası bu qətnamənin qəbulu prosesində fəal iştirak edib. 

“2020-ci il 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra qəbul edilən atəşkəs bəyanatının pozulmasını, 200-dən çox erməni əsirin hələ də Azərbaycanda saxlanılmasını, ölən ermənilərin dəbilqəsi ilə Bakıda “Qənimətlər parkı”nın açılmasını, Azərbaycandakı siyasi və hərbi vəziyyəti nəzərə almaqla hökumətə tövsiyyə edirik ki,  Niderland millisinin Bakıda keçiriləcək futbol oyununda iştirak edəcəyi təqdirdə nümayəndə heyətini Bakıya göndərməsinlər”, deyə mesajda bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO