İş yerində BƏDBƏXT hadisə - Qadın həmkarının üzünə qaynar su ATIB - FOTO

İş yerində BƏDBƏXT hadisə - Qadın həmkarının üzünə qaynar su ATIB - FOTO

Hazırda oxunan: İş yerində BƏDBƏXT hadisə - Qadın həmkarının üzünə qaynar su ATIB - FOTO
256784
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvada yerləşən şirkətlərdən birində şokedici hadisə baş verib. İş yerində yaranan mübahisə faciə ilə nəticələnib. Əməkdaş həmkarının üzünə qaynar su ataraq, ardınca başına fincanla zərbə endirib. Zərərçəkmiş qadın dərhal xəstəxanaya çatdırılıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı Valentina 49 yaşlı həmkarı Anna ilə uzun müddətdir yola getmirmiş. Valentinanın sözlərinə görə, Anna onu kollektivə qarşı qızışdırır, iş mühitində münasibətləri pozmağa çalışırmış.
 

Gərginliyin kulminasiya nöqtəsi iyunun 24-də baş verib. Həmin gün Valentina işə gecikib, Anna isə bu vaxt çaydanı qaynadaraq fincana qaynar su töküb. Valentina qulaqlıqlarla iş masasının arxasında oturarkən, Anna qəfil onun üzünə qaynar su atıb və dərhal sonra fincanla başına vurub.


Yaralanan Valentina Skifosovski adına xəstəxanaya aparılıb. Ona baş travması və ikinci dərəcəli yanıq diaqnozu qoyulub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İş yerində BƏDBƏXT hadisə - Qadın həmkarının üzünə qaynar su ATIB - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO