Laçında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışları KEÇİRİLDİ - FOTO

Laçında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışları KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Laçında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışları KEÇİRİLDİ - FOTO
251012
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçın rayonunda yerləşən ümumi təhsil müəssisələrinin iştirakı ilə "Konstitusiya və suverenlik ili"nə həsr olunan müxtəlif idman növləri üzrə yarışlar keçirilib.

Bu barədə Bizim.Media-ya Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarışlar Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Futbol, voleybol, dama, kəndirlə mübarizə və basketbol idman növləri üzrə təşkil olunan yarışlarda Laçın şəhəri 2 nömrəli, Ədalət Məmmədov adına Zabux kənd və Sus kənd tam orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Qeyd edək ki, yarışların sonunda qalib komandalar medal və diplomlarla təltif olunublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO