
- A-
- A
- A+
Qarabağdakı muzdlu ermənilərlə bağlı 8 cinayət işi açılıb - RƏSMİ
Baş Prokurorluğun İstintaq idarəsində II Qarabağ Müharibəsi dövrünə aid Ermənistan silahlı qüvvəlləri tərəfindən törədilən cinayət faktları üzrə 55 cinayət işinin istintaqı gedir.
Bu barədə Bizim.Media-nın açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Aynur Əfəndiyeva bildirib. Əlavə edib ki, onlardan 37 cinayət işi raket zərbələrinin dinc əhalinin yaşadığı məntəqələrə vurulması ilə bağlıdır:
“4 cinayət işi raket zərbələrinin strateji obyektlərə vurulmasıdır."
"8 cinayət işi muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlıdır.
1 cinayət işi tarixi abidələrin məhv edilməsi və ekologiyaya qarşı, 5 cinayət işi KİV-də aşkar edilmiş qanunsuz hallara aiddir. Hazırda istintaq davam edir”
Gülşanə Mustafayeva, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































