Bütün rayon xəstəxanaları zərdabla TƏMİN olunub? – Rəsmi AÇIQLAMA

Bütün rayon xəstəxanaları zərdabla TƏMİN olunub? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bütün rayon xəstəxanaları zərdabla TƏMİN olunub? – Rəsmi AÇIQLAMA
246034
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaz və yay fəslində ilan və həşərat sancmaları artır. Mart ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib. Onların yalnız bir nəfəri ilan sancması ilə tibb müəssisəinə daxil olub. Lakin ötən illərin statistikalarına baxanda görünür ki, bu say may-avqust aylarında artır.

Xüsusilə, bölgələrdə ilan və həşərat sancmalarına daha çox rast gəlinir. Tibbdə isə ilan zəhərlənməsinə qarşı zərdabdan istifadə olunur.

İlan sancan şəxsin 12 saat ərzində və daha tez xəstəxanaya çatdırlmalı olduğunu nəzərə alsaq, ölkənin bütün tibb müəssisəsələri zərdabla təmin olunubmu?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisələrində zərdablarla təminat lazımi səviyyədədir:
 

"Mövsümlə əlaqədar olaraq həşərat, əsasən də ilan sancmaları ilə bağlı müraciətlərin sayının artma ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki aidiyyəti üzrə bütün tibb müəssisələri, yəni rayon mərkəzi xəstəxanaları, ilkin səhiyyə müəssisələri tələbnaməyə uyğun olaraq zərdablarla təmin olunub".


Qurumun məlumatında əhaliyə zəhərli həşəratlara qarşı ehtiyatlı olmağa çağırış da yer alıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO