Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Hazırda oxunan: Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
245263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. 

Bizim.Media xəbər verir ki, Babək Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Babək rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsini idarə edən Ş.Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. Ş.Məmmədov barəsində protokol tərtib edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO