Adil Vəliyevin oğlu özünün komfortu üçün yolu “bağlatdırdı”- FOTO

Adil Vəliyevin oğlu özünün komfortu üçün yolu “bağlatdırdı”- FOTO

Hazırda oxunan: Adil Vəliyevin oğlu özünün komfortu üçün yolu “bağlatdırdı”- FOTO
242528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu, “Efendiler Group” şirkətinin rəhbəri Ənvər Ənvərli (Vəliyev) sakinlərin razılığı olmadan Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində sakinlərin avtomobillərini park etməsini qadağan etdirib.

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, icra başçısının oğlunun göstərişi ilə AYNA tərəfindən məhəllədaxili yola “dayanma, durma qadağandır” işarəsi qoydurub.

Sakinlərin narazılığına baxmayaraq, Ənvər Ənvərli bu addımı “Efendiler Group” şirkətinin ofisinə özünün rahat “giriş-çıxış” etməsi üçün atıb.

Sözügedən yol nişanının “Efendiler Group” şirkətinin müraciəti əsasında quraşdırılmasını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də təsdiqləyib:

“Əfəndilər” MTK tərəfindən olunmuş rəsmi müraciətə əsasən, Ülvi Rəcəbov küçəsində AYNA-nın əməkdaşları tərəfindən təhlillər aparılıb.
 

Təhlillərin nəticələrinə əsasən, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində parklanma səbəbindən qarşılıqlı hərəkətə maneə yarandığı müşahidə olunub. Belə ki, AYNA tərəfindən S.Mehmandarov küçəsində ödənişli parklanma məntəqləri təşkil olunmasına baxmayaraq, parklanmaya görə ödənişdən yayınan sürücülər həmin hissədə parklanma etməklə qarşılıqlı hərəkətə maneə yaradırlar.


Maneəsiz hərəkətin təşkil edilməsi məqsədilə həmin ərazidə dayanma-durmanı qadağan edən 3.27 yol nişanlarının qurşadırılması məqsədəuyğun hesab olunub”.

Qeyd edək ki, son illər Ənvər Ənvərlinin adı mediada bir sıra qalmaqallarda hallanıb.

Adil Vəliyevin oğlu özünün komfortu üçün yolu “bağlatdırdı”- FOTO - foto 1
Adil Vəliyevin oğlu özünün komfortu üçün yolu “bağlatdırdı”- FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO