Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən AÇIQLAMA

Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən AÇIQLAMA

Hazırda oxunan: Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən AÇIQLAMA
239705
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mart ayının 30-u Ramazan bayramıdır. Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının verilməsinin vaxtı Ramazan ayının son günüdür. İnsanlar öz qohumları, qonşuları arasında, ümumiyyətlə, ətrafdakı kasıb ailəyə fitrə zəkatını bayram namazına qədər versə, daha yaxşıdır.

Bizim.Media xəbər verir ki, bunu “trend.az”a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O bildirib ki, bir insan minimum səviyyədə yaşamaq imkanına malikdirsə, əlində müəyyən qədər maddi imkanları varsa, hər ailə üzvünə görə fitrə zəkatı çıxarmalıdır.

"Fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də, pul şəklində vermək olar.
 

Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq hər ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur. Fitrə zəkatını ailə başçısı ailədə olan üzvlərin sayına görə verməlidir.


İnsanlar bayram namazına qədər fitrə zəkatını çıxarmalıdır", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO